TBMM: Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

Akif Çağatay Kılıç

© APA | Akif Çağatay Kılıç

# 23 may 2022 17:25 (UTC +04:00)

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair müzakirələr davam edir.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç bildirib.

Onun sözlərinə görə, masada bir sıra məsələlər, həmçinin Ermənistanın ilkin şərt olmadan da normallaşma təklifi var: “Hazırda iki ölkə arasında çarter uçuşları başlayıb. Uzun müddət anlaşmazlıqlar olub, münasibətlərin normallaşmasına dair proses bir-iki günlük deyil. Lakin tərəflərin bunun üçün xüsusi nümayəndə təyin etməsi ortada bir iradənin olduğunun göstəricisidir”.

Akif Çağatay Kılıç Azərbaycanın da prosesi dəstəklədiyini ifadə edib.

O, eyni zamanda qeyd edib ki, Türkiyə torpaqların azad edilməsindən sonrakı prosesdə də Azərbaycanın yanındadır: “Ümid edirəm ki, qarşıdakı dövrlərdə bunun müsbət nəticələrini görərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR