TBMM sədri: “Ermənistan öz hərəkətləri ilə bölgədəki sülhü təhdid edir”

TBMM sədri: “Ermənistan öz hərəkətləri ilə bölgədəki sülhü təhdid edir”
# 09 yanvar 2023 19:25 (UTC +04:00)

“Ermənistan öz hərəkətləri ilə bölgədəki sülhü təhdid edir”.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

TBMM sədri Ermənistanın üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğunun vacibliyini vurğulayıb.

Türkiyə-Azərbaycan əlaqələrinin əhəmiyyətindən bəhs edən Şentop qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın haqlı davasına dəstək verməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR