TDT Baş katibi: Türk dövlətləri Türkiyəyə dəstəyi davam etdirəcək

TDT Baş katibi: Türk dövlətləri Türkiyəyə dəstəyi davam etdirəcək
# 14 mart 2023 13:10 (UTC +04:00)

Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşü türk dövlətlərinin birlikdə güclü olduqlarının təzahürü olacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev 26-cı Avrasiya İqtisadiyyat Zirvəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, türk dövlətlərinin təşkilat çərçivəsində əməkdaşlığı birgə, proqnozlaşdırıla bilən gələcəyin təminatıdır. Onun sözlərinə görə, TDT-yə üzv ölkələr bütün sahələrdə uğurlu əməkdaşlıq sərgiləyir. Beləliklə, ümumilikdə türk dövlətlərinin ticarət dövriyyəsi 850 milyard dolları keçib.

Kubanıçbek Ömüraliyev, həmçinin əlavə edib ki, türk dövlətləri zəlzələnin baş verdiyi Türkiyəyə bütün lazımi dəstəyi verməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR