TDT-nin Baş katibi dəyişib

Kubanıçbek Ömüraliyev

© APA | Kubanıçbek Ömüraliyev

# 11 noyabr 2022 09:50 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi dəyişib.

APA xəbər verir ki, Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib.

Qeyd edək ki, Kubanıçbek Ömüraliyev Qırğız Respublikasının Belarus, Estoniya, Latviya, Litva, Türkiyə və İsraildə fövqəladə və səlahiyyətli səfiri və Qırğız Respublikasının Müstəqil Dövlətlər Birliyində daimi nümayəndəsi vəzifələrində çalışıb.

O, 2022-ci ildə “2022-ci ilin ən uğurlu səfiri”, 2020-ci ildə TÜRKSOY-un “Cengiz Aytmatov” medalı, 2019-cu ildə “Qırğızıstan Xarici İşlər Nazirliyinin 75 illiyi” medalı, “Xüsusi 2018-ci ildə Çingiz Aytmatov Beynəlxalq Klubunun döş nişanı, 2017-ci ildə “Müstəqil Dövlətlər Birliyinin Fəxri Fərmanı” və 2006-cı ildə “Qırğızıstan Respublikasının Fəxri Fərmanı” ilə təltif edilib.

Noyabrın 14-də İstanbulda TDT Katibliyinin Baş Ofisində keçiriləcək təhvil-təslim mərasimi ilə yeni Baş katib Kubanıçbek Ömüraliyev vəzifəsini sələfi Bağdad Amreyevdən alacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR