TDT-nin Baş katibi İran hakimiyyətini Azərbaycan səfirliyinə hücumu hərtərəfli araşdırmağa çağırıb

TDT-nin Baş katibi İran hakimiyyətini Azərbaycan səfirliyinə hücumu hərtərəfli araşdırmağa çağırıb
# 27 yanvar 2023 13:37 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanbiçek Ömüralıyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə zorakı silahlı hücumu qətiyyətlə pisləyir.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

TDT, İran hakimiyyətini bu mənfur silahlı hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırır.

“Bugünkü hücumda həyatını itirən mühafizəçinin ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR