TDT ölkələri arasında ixrac 25,9 milyard dollara çatıb

Bağdad Amreyev

© APA | Bağdad Amreyev

# 10 noyabr 2022 14:26 (UTC +04:00)

“Türk Ticarət və Sənaye Palatasının və Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərarlar iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafı üçün ümidvericidir”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev "UZA"da (Özbəkistan Milli Xəbər Agentliyi) yayımlanan məqaləsində qeyd edib.

O bildirib ki, fəaliyyətə başlayandan sonra Türk İnvestisiya Fondu kiçik və orta sahibkarlığın imkanlarının artırılmasına, tədqiqat və innovasiyalar da daxil olmaqla, sahibkarlığın inkişafına dəstək verəcək: “TDT ölkələri arasında malların ümumi ixracı 2016-cı ildə 13,9 milyard dollardan 2021-ci ildə 25,9 milyard ABŞ dollarına çatıb. Bizim gündəliyimizdə ticarətin asanlaşdırılması, ticarətin liberallaşdırılması və rəqəmsal ticarətin inkişafı ilə bağlı bir çox mühüm təşəbbüslər var ki, bu da ticarət həcmini daha da artırmaq məqsədi daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR