Tural Gəncəliyev Avropa Parlamentinin rəsmiləri ilə görüşəcək

Tural Gəncəliyev Avropa Parlamentinin rəsmiləri ilə görüşəcək
# 10 sentyabr 2022 14:32 (UTC +04:00)

Sentyabrın 11-də Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlıq komitəsinin həmsədri Tural Gəncəliyev Fransanın Strasburq şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Tural Gəncəliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin (AP) Azərbaycanın dostları qrupunun üzvləri və digər AP rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 15-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR