Türk deputat: Azərbaycan lazımsız qarşıdurmanın regiona iztirab gətirəcəyini anlayır

Türk deputat: Azərbaycan lazımsız qarşıdurmanın regiona iztirab gətirəcəyini anlayır
# 27 yanvar 2023 00:33 (UTC +04:00)

"Hamımız üçün prioritet Cənubi Qafqazda sülh və sabitliyin hökm sürməsidir"

APA-nın London müxbiri xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Türkiyə nümayəndə heyətinin üzvü Zeki Hakan Sıdalı Laçın yolundakı vəziyyətin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, 2020-ci ildən yeni sülh və dialoq ilinin yarandığını görsə də, son iki ayda bölgədə gərginlik artır. Məsələyə bütöv yanaşmaq lazımdır. Tək və qərəzli bucaqdan baxmaq, ikili standartlara yol vermək yanlış mühakimələrə və ədalətsiz nəticələrə çıxara bilər: "Bu gün biz Laçın dəhlizi ilə bağlı iddiaları müzakirə edirik. Azərbaycan parlamentariləri vəziyyətin fərqli oolduğunu və regionda ərzaq məhsullarının göndərilməsinə problem olmadığını bildiriblər. Bununla belə, çox ciddi bir qavrayışın idarə edilməsi problemi var. Əvvəlki razılaşmaların pozulmasına səbəb ola biləcək hər hansı qavrayışa qarşı çox diqqətli olmalıyıq. Regionda sülh mühitini və normallaşma addımlarını geri çevirməyin AŞPA-nın heç bir üzvünə faydası yoxdur. Bəs belə davranışdan kimə xeyir gəlir? Bu sualı özümüzə verməliyik."

Deputat AŞPA-da işlədiyi beş il ərzində Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının dəyərlərinə sadiq qalaraq zəruri və cəsarətli addımlar atdığının şahidi olduğunu deyib. O bildirib ki, Azərbaycan lazımsız qarşıdurmanın regiona və bəşəriyyətə ancaq iztirab və tənəzzül gətirəcəyini çox yaxşı anlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR