Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib

Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirilib
# 10 yanvar 2022 11:30 (UTC +04:00)

Qazaxıstanda matəm günü ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) mənzil-qərargahında bayraqlar yarıya qədər endirilib.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

"Qazaxıstanda baş vermiş terror hadisələri zamanı həyatını itirənlər üçün Prezident Kasım-Jomart Tokayevin qərarı ilə 10 yanvar 2022-ci il ümummilli matəm günü elan edilib. Bu matəm günündə Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya qədər endirilib. Qardaş Qazaxıstan xalqı və hökuməti ilə davam edən həmrəyliyini bölüşən TDT, bu hadisələr zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını və ölkədə normal həyatın tezliklə bərpa olunmasını arzulayır", - məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR