Türk Dövlətləri Təşkilatının Qazaxıstana dair fövqəladə iclasının gündəliyi açıqlanıb

Türkiyə XİN

© APA | Türkiyə XİN

# 10 yanvar 2022 15:05 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclasının gündəliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçiriləcək iclasda TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları iştirak edəcək.

İclas yanvarın 11-də videokonfrans formatında keçiriləcək.

İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunacaq.

İclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR