Türk Şurasının Macarıstanda Nümayəndəliyi fəaliyyətə başlayıb

Türk Şurasının Macarıstanda Nümayəndəliyi fəaliyyətə başlayıb
# 19 sentyabr 2019 12:52 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Nümayəndəliyinin açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Macarıstanın Xarici İşlər nazirləri iştirak ediblər.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bu yaxınlarda Özbəkistan Türk Şurasına üzv olmaq barədə qərar qəbul edib. Türkmənistan isə müşahidəçi dövlət kimi Türk Şurasına üzv olmaq niyyətindədir.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR