Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin üçtərəfli iclası keçirilib

Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin üçtərəfli iclası keçirilib
# 21 iyul 2022 14:06 (UTC +04:00)

İstanbulda Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli iclası keçirilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Böyük Millət Məclisindən bildirilib.

Qeyd olunub ki, iclas zamanı beynəlxalq və regional məsələlər, həmçinin, üç ölkə arasında münasibətlərin dərinləşməsi, parlamentlərarası əməkdaşlığın genişlənməsi müzakirə olunub.

Bundan əlavə, sədrlər Azərbaycan, Türkiyə və Pakistanın müharibə və münaqişələrin çoxaldığı bir dövrdə sabitlik və sülhü təmin etmək, dünyada cərəyan edən siyasi və iqtisadi böhranlardan sığortalanmaq üçün birgə səylərin artırılmasında razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR