Türkiyə müdafiə naziri: Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi yanlış mesajdır

Türkiyə müdafiə naziri: Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi yanlış mesajdır
# 22 sentyabr 2023 17:49 (UTC +04:00)

Ermənistanın regionda mövcud olan gərgin bir zamanda ABŞ-la birgə hərbi təlimlər keçirməsi yanlış mesajdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Milliyet” qəzetinə müsahibəsində Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.

“Açığı, biz bunu çox ciddi addım kimi qəbul etmədik. Amma təbii ki, belə gərgin şəraitdə 85 nəfərin oraya gətirilməsi belə yanlış mesaj kimi qəbul edilə bilər. Ona görə də düşünürəm ki, bütün ölkələrin çox həssas davranması daha yaxşı olar”, - nazir deyib.

Nazir, həmçinin Türkiyənin bundan sonra da Azərbaycanı dəstəkləyəcəyini vurğulayıb: “Əlbəttə ki, iki dövlət arasında imzalanmış Şuşa Bəyannaməsi var, artıq bizim hörmətli prezidentlərimiz bunu bütün dünyanın gözü qarşısında çox aydın şəkildə izah ediblər. Ona görə də biz hər zaman azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Əslində, bu hadisə başlayanda Prezidentimiz hərtərəfli dəstəyimizi açıq şəkildə nümayiş etdirdi. Biz qardaşlarımıza onlara dəstək olacağımızı bildirdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR