Türkiyə parlamentinin vitse-spikeri: "Azərbaycan mədəniyyət qovşağıdır, bu ölkədə tolerantlıq mövcuddur"

Türkiyə parlamentinin vitse-spikeri: "Azərbaycan mədəniyyət qovşağıdır, bu ölkədə tolerantlıq mövcuddur"
  • Clock-gray 12:19
  • calendar-gray 12 İyun 2019

"Azərbaycanın bu gün olduğu səviyyə bizi çox sevindirir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir".

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə  yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib.

Süreyya Sadi Bilgiç deyib ki, bu təşəbbüsün müəllifi ATƏT-in vitse-prezidenti Azay Quliyevdir: "Biz də qardaş Azərbaycanın yanında olmağa qərar verdik. Suriya başda olmaqla, müxtəlif münaqişə ocaqlarından qaçqınlar var. Terrorizmlə mübarizə üçün bütün dövlətlər orta mövqe qoymalı, din, dil, irq fərqi qoymadan terrorizmin hər forması ilə mübarizə aparmaq vacibdir. Qeyri-müəyyənliyin olduğu bir dövrdə bəzi dövlətlərin hibrid savaşlara üstünlük verdiyi göz önündədir. Bu, təhlükəsizlik üçün ciddi təhdid yaradır. "Mənim, sənin terror təşkilatın" kimi yanaşmalar yolverilməzdir".

Türkiyə parlamentinin vitse-spikeri qeyd edib ki, insan haqları  və demokratiyanın beşiyi olan Avropada islamfobiya yayılmaqdadır: "Bunun geniş yayılmasının qarşısını almaq ümumi məqsədimiz olmalıdır. Türkiyə Avropa və Asiya arasında körpüdür, müxtəlif mədəniyyətlərin qovşağı və keçid məkanıdır. Türkiyə kimi Azərbaycan da mədəniyyət qovşağıdır, bu ölkədə tolerantlıq mövcuddur. İnanıram ki, Bakı Parlament Platforması müxtəlif problemlərin müzakirəsində mühüm rol oynayacaq. Platformanın təhlükəsizliyə və əməkdaşlığa imkan yaradacağı aşkardır. Azərbaycan, Türkiyə və Almaniya Bakı Platformasının qurucu üzvləridir. Platformaya ATƏT PA-nın dəstəyi də önəmlidir. Parlamentlərarası əməkdaşlığı bir strukturda birləşdirəcək qurum böyük əhəmiyyət daşıyır".

 

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date