Türkiyə Prezidenti Naxçıvana gedir

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 24 sentyabr 2023 11:26 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasına səfər edəcək

APA NTV-yə istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Görüşdə Qarabağdakı lokal antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək.

Məlumata görə, Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR