Türkiyə Prezidenti: Paşinyanla çox konstruktiv telefon danışığı apardıq

Paşinyan, Ərdoğan

© APA | Paşinyan, Ərdoğan

# 08 avqust 2022 15:47 (UTC +04:00)

Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi davam edir. Qurban bayramında Ermənistan Baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında bildirib.

"Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin sabitliyə qovuşacağına inanıram", - Ərdoğan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR