Türkiyə Prezidenti Zəngəzur dəhlizindən danışıb: Ağrı əyalətinin vəziyyəti yaxşılaşacaq

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 01 dekabr 2022 15:37 (UTC +04:00)

Malazgird döyüşündən indiyədək Anadoludakı varlığımızın hər günü bizə bu Vətəni çox görənlərin hücum və təxribatlarına qarşı mübarizə aparmaqla keçib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Sərhədlərimizin o tayındakı azərbaycanlı qardaşlarımızın torpaqlarının 30 il ərzində işğal altında qalmasına göz yumulmasının səbəbi də məhz bununla bağlı idi. Bölgə ölkələrinin bu tələdən qurtulmasının yolu sadəcə birlik və əməkdaşlıqdan keçir… Zəngəzur dəhlizinin açılması isə Ağrı əyalətinin sosial və iqtisadi vəziyyətini yaxşılaşdıracaq”, - Türkiyə Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR