Türkiyə səfiri: "Azad Kəlbəcərdə olmaq olduqca əlamətdardır"

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 31 may 2022 11:43 (UTC +04:00)

“Bu gün ilk dəfədir ki, Kəlbəcərdəyəm. Bu şəraiti yaratdığına görə, cənab Prezidentə, xarici işlər nazirinə dərin minnətdarlığımı bildirirəm”.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

“Azad Kəlbəcərdə, Laçında olmaq bizim üçün olduqca əlamətdar bir haldır. İnanıram ki, çox yaxın zamanda buranın əhalisi öz doğma torpaqlarına dönəcək. Bir daha Murovdağın zirvəsindən bu qələbəni qazanan şəhidlərimizin ruhunu yad edir, şəhid ailələrinə, qazilərimizə salamlarımı və minnətdarlığımı göndərirəm”, - diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələrinin və hərbi attaşelərin Kəlbəcərə səfəri başlayıb.

Nihat Pir

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR