Türkiyə səfiri: Qardaş Azərbaycan ilk dəqiqədən etibarən səfərbər olub

Türkiyə səfiri: Qardaş Azərbaycan ilk dəqiqədən etibarən səfərbər olub
# 08 fevral 2023 16:09 (UTC +04:00)


“Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olmuşdur. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olmuşdur. Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünmüşdür. Biz bunun şahid olduq, görürük. Çox təşəkkür edirik, sağ olun”.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezident İlham Əliyev ilə söhbətində bildirib.

“Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbr versin və bir daha bizə belə böyük acı yaşatmasın, İnşallah”, - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR