Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada olacaq

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada olacaq
# 27 dekabr 2021 12:16 (UTC +04:00)

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir deyib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa təmas qurmaq üçün yol xəritəsi hazırlanmalıdır.

“Biz bu təmasların birbaşa olmasını arzu edirik. Bu səbəbdən qarşılıqlı iki xüsusi təmsilçi təyin etdik. Bu müddətdə isə can Azərbaycanla məsləhətləşmə böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, Ermənistanla təmaslar davam edəcək”.

Xatırladaq ki, Türkiyədən xüsusi nümayəndə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistandan isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR