Türkiyə və Rusiya arasında siyasi məsləhətləşmələr aparılacaq

Türkiyə və Rusiya arasında siyasi məsləhətləşmələr aparılacaq
# 07 dekabr 2022 15:33 (UTC +04:00)

Türkiyə və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılacaq.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, siyasi məsləhətləşmələrə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Sergey Verşinin rəhbərlik edəcək.

Siyasi məsləhətləşmələr arasında məsləhətləşmələr 8-9 dekabr tarixində İstanbulda aparılacaq.

Siyasi məsləhətləşmələr zamanı BMT-nin “Taxıl Sazişi”nin icrası məsələləri, Suriya, Liviya və Fələstin kimi regional məsələlərin müzakirə olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR