Türkiyə XİN rəhbəri Ermənistana çağırış edib: Paşinyanın səmimiliyini sözdə yox, əməldə görmək istəyirik

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 19 yanvar 2023 10:41 (UTC +04:00)

Türkiyə Azərbaycan, Qazaxıstan və Gürcüstanla Qərb-Şərq Orta Dəhliz məsələsində üçlü və dördlü mexanizmlər qurub.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ümid edirəm ki, Ermənistan da bu prosesə qatılar. Yəni barış yolunda səmimi addımlar atar. Son zamanlarda müzakirələrə yönəlik təəssüf ki, geri addımlar gördük. ABŞ dövlət katibi Blinken Paşinyanın səmimi olduğunu söylədi, amma biz bunu sözdə yox, əməldə görmək istəyirik”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR