Türkiyə XİN rəhbəri: “Xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir”

Türkiyə XİN rəhbəri: “Xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir”
# 27 iyun 2022 11:32 (UTC +04:00)

“Bu gün Azərbaycan-Türkiyə-Qazaxıstan arasında çox tarixi görüş baş tutdu”.

APA xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bugünkü iclas çox uğurlu şəkildə keçib: “Azərbaycan Ordusunu Silahlı Qüvvələr günü münasibətilə də təbrik edirəm. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində gücünü göstərdi”.

Nazir eyni zamanda, Azərbaycan-Türkiyə-Qazaxıstan arasında əlaqələrdən də bəhs edib: “Türk Dövlətləri Təşkilatı rəhbərliyi altında biz beynəlxalq platformalarda da əməkdaşlıq edirik. Qardaşlarımla çox tez-tez görüşürük. Potensialımızı artırmalıyıq. TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr regionumuzda dəyişikliklərə səbəb olub. Biz bunları can Azərbaycanla birgə həyata keçirmişik. İndi Orta dəhlizin inkişafına ehtiyac var. Xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir. İnfrastruktur və kommunikasiya əlaqələrini inkişaf etdirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR