Türkiyədə Milli Qəhrəman Polad Həşimovun adını daşıyan parkın açılışı olub - FOTO

Türkiyədə Milli Qəhrəman Polad Həşimovun adını daşıyan parkın açılışı olub - FOTO
# 15 noyabr 2022 01:14 (UTC +04:00)

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Facebook” səhifəsində paylaşım edib.

“İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzini, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub”, - deyə paylaşımda qeyd olunub.

Həmçinin səfirliyin nəzdində fəaliyyət göstərən hərbi attaşelərin nümayəndəlikləri də parkın açılışında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR