Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə göndəriləcək

Türkiyədə zəlzələdə həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə göndəriləcək
# 08 fevral 2023 15:51 (UTC +04:00)

Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın yaxınları ilə əlaqə saxlanılıb.

APA-nın Türkiyə müxbiri Tural Əsədi Qaziantepdən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq cənazənin öndərilməsi ilə bağlı işlər aparılır: “Nailə Bünyatovanın nəşi Ankaraya gətiriləcək və Azərbaycan Hava Yolları ilə ölkəyə göndəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR