Türkiyəli ekspert: Ermənilər hər yeri dağıdıb

Türkiyəli ekspert: Ermənilər hər yeri dağıdıb
# 26 noyabr 2022 18:27 (UTC +04:00)

Ermənilər burada böyük vəhşiliklər törədiblər. Hər yeri dağıdıblar. Bu əməllər qeyri-insani hərəkətlərdir, haqsızlıqdır.

Bu barədə APA-ya Ağdamda səfərdə olan Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal deyib.

“Bu gün biz burada yenidənqurma işlərinin şahidi oluruq. Məktəblər, yollar düzəldilir, ərazilər minalardan təmizlənir. Bu bizi sevindirir. İşğal dönəmində Ağdam məscidində heyvan saxlayıblar. İlk gəlişimizdə heyvan qoxuları hələ də qalmışdı. İndi təmir-bərpa işləri gedir. Buranın gələcəkdə turizm mərkəzinə çevrilmə potensialı var. Türkiyədən də buraya gəlmək istəyənlər var”, - Ahmet Uysal vurğulayıb.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR