Türkiyənin Azərbaycandakı səfiri: "Qarabağda inkişafın bir daha şahidi olduq"

Türkiyənin Azərbaycandakı səfiri: "Qarabağda inkişafın bir daha şahidi olduq"
# 27 avqust 2022 17:02 (UTC +04:00)

"Azərbaycan dövlətinin qətiyyəti və iradəsilə Laçın Azərbaycana qayıtdı".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. Səfir bildirib ki, Türkiyə tərəfi Laçının gec də olsa geri alınmasını Azərbaycanın ərazi bütövlüyü baxımından yüksək qiymətləndirir.

C. Bağçı Ankaradan birbaşa Füzuli Hava Limanına gəlmələrindən də bəhs edib. O səfərin çox həyəcanverici olduğunu deyib və bu cür səfərlərin davamlı olcağına ümid edib.

Səfir həmçinin, bu gün Şuşada keçirilən beynəlxalq konfransdan da bəhs edib: "Bügünkü tədbirdə Qarabağda inkişafın bir daha şahidi olduq. Bir tərəfdən minalardan təmizlənmə işləri aparılır, bir tərəfdən yollar salınır, ağıllı kəndlər tikilir. Biz bu işləri Ümummillli lider Heydər Əliyevin vəsiyyətini gercəkləşdirmək yönündə atılan addım kimi qiymətləndiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR