Türkiyənin Rusiyadakı səfiri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib

Türkiyənin Rusiyadakı səfiri Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib
# 27 yanvar 2023 20:31 (UTC +04:00)

Bu gün Türkiyə Respublikasının Rusiya Federasiyasındakı Səfiri Mehmet Samsar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı baş sağlığı vermək və ölkəsinin dəstəyini ifadə etmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə gəlib.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, keçirilmiş görüş zamanı Səfir Polad Bülbüloğlu türkiyəli həmkarına İrandakı Səfirliyimizə qarşı həyata keçirilmiş məlum hücum haqqında ətraflı məlumat verib , bunun terror aktı olduğunu vurğulayıb, İran dövlətinin faciə ilə bağlı tam məsuliyyət daşıdığını bildirərək, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu söyləyib.

Azərbaycanın Səfiri xüsusilə vurğulayıb ki, Orxan Əsgərov Moskvadakı Səfirliyimizdə xidmət etmiş və onu şəxsən tanıyırdı. Fəxrlə qeyd edib ki, yaralananlar: Mahir İmanov və qəhrəmanlıq göstərərək terrorçunu zərərsizləşdirən Vasif Tağıyev də Rusiyadakı Səfirlikdə çalışıblar.

Mehmet Samsar türkiyəli diplomatların da tarixən dəfələrlə terror hücumlarına məruz qaldıqlarını vurğulaylb, faciə ilə əlaqədar sarsıldıqlarını bildirərək ölkəsinin hücumu qətiyyətlə pislədiyini qeyd edib Türkiyənin Səfiri qətlə yetirilmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib, yaralanan Vasif Tağıyev və Mahir İmanova isə şəfa diləyib.

Həmçinin görüşdə sözügedən terror hücumunu təşkil edən və törədənin layiqli cəzalarını ən sərt şəkildə alacaqlarına əminlik ifadə edilub.

Səfir Polad Bülbüloğlu göstərdiyi mənəvi dəstəyə görə Mehmet Samsara, Türkiyə dövləti və xalqına təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR