Türkiyənin sabiq XİN rəhbəri: Heydər Əliyev sülhün olduğu, sabit bir region görmək istəyirdi

Türkiyənin sabiq XİN rəhbəri: Heydər Əliyev sülhün olduğu, sabit bir region görmək istəyirdi
# 12 mart 2023 11:08 (UTC +04:00)

“Prezident Heydər Əliyevin sülhlə bağlı arzusu var idi, o sabit, rifahın olduğu region görmək istəyirdi”.

APA xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

Hikmət Çətin Heydər Əliyevlə xatirələrini bölüşüb: "Onun arzusu o idi ki, Azərbaycan beynəlxalq arenada tanınsın, fəal bir üzvə çevrilsin. Mənim Prezident Heydər Əliyevlə çox yaxın münasibətim var idi. Əminəm ki, Heydər Əliyev bu gün Azərbaycanın hansı mövqedə olduğunu görsə idi, çox xoşbəxt olardı. Bu, onun arzusu idi."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR