Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv olacaq

Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv olacaq
# 29 sentyabr 2022 17:38 (UTC +04:00)

Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, müvafiq qərar TDT-nin 11 noyabrda Səmərqənddə keçiriləcək sammitində qəbul ediləcək.

Xatırladaq ki, Türkmənistan ötən il Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR