TÜRKPA-nın 11-ci plenar iclası keçiriləcək

TÜRKPA-nın 11-ci plenar iclası keçiriləcək
# 22 iyun 2022 18:48 (UTC +04:00)

23-24 iyunda Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın 11-ci Penar iclası keçiriləcək.

APA xəbər verir ki, tədbir üzv parlamentlər, eləcə də Özbəkistan, Türkmənistan, Macarıstan parlamentlərinin sədrləri, beynəlxalq təşkilatların, Türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirəcək.

Plenar iclasda təşkilatın adının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi və daimi komissiyaların sənədlərinin, eləcə də model qanunun qəbul edilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR