TÜRKPA-nın komissiya sədri: “Sosial və humanitar məsələlərdə də bir yerdə olmalıyıq”

Milli Məclis

© APA | Milli Məclis

# 22 aprel 2022 12:03 (UTC +04:00)

“Qarşıda duran çağırışlara və təhdidlərə qalib gəlmək üçün biz bir yerdə olmalıyıq”.

APA xəbər verir ki, bunu TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

O qeyd edib ki, davam edən pandemiya bütün ölkələrin rifah səviyyəsinə təsir göstərib.

“Bu, bütün dünyanın problemidir. Biz sosial və humanitar məsələlərdə də bir yerdə olmalıyıq. Ölkələrimizdəki insanların rifahının yaxşılaşdırılması üçün birgə fəaliyyət göstərməliyik. Ümid edirəm ki, bizim münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR