Ukrayna səfiri: "Azərbaycanla strateji tərəfdaşlığımızın genişləndirilməsi üçün birgə səylər göstəririk"

Vladislav Kanevski

© APA | Vladislav Kanevski

# 28 may 2022 09:30 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA xəbər verir ki, ukraynalı diplomat bu barədə "Twitter"də paylaşım edib.

"Azərbaycanlı dostlarımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm! Biz bu çətin anlarda Ukraynaya göstərilən dəstəyə və köməyə görə Azərbaycana minnətdarıq. Dost Azərbaycan xalqına sülh və firavanlıq diləyir, strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi üçün birgə səylər göstəririk", - səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR