Ukrayna səfiri: "Bayraktarla görüşdüm və ona təşəkkür etdim" - YENİLƏNİB

Ukrayna səfinin Haluk Bayraktarla görüşü

© APA | Ukrayna səfinin Haluk Bayraktarla görüşü

# 26 may 2022 16:47 (UTC +04:00)

“Dünyaca məşhur aviasiya, kosmos və texnologiya festivalı “Teknofest” ilk dəfə Azərbaycanda keçirilir”.

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” paylaşımında deyib.

O bildirib ki, tamaşaçıları ən çox Ukrayna istehsalı olan mühərrikli "Bayraktar Akıncı" yeni nəsil zərbə vuran pilotsuz uçuş aparatının təqdimatı maraqlandırıb.

“Dronun daşıma qabiliyyəti 1350 kq-dır. Ukrayna istehsalı olan iki mühərrik 12 km-dən çox yüksəklikdə uçuşu təmin edir. Dronun qanadları 20 metr, uçuş müddəti isə 24 saata qədərdir. Tədbir zamanı Türkiyənin tanınmış iş adamı və xeyriyyəçisi, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarla görüşdüm və ona təşəkkür etdim”.

Vladislav Kanevski vurğulayıb ki, Bayraktar soyadı təkcə Ukrayna və Azərbaycanda deyil, bütün dünyada "Bayraktar TB2" zərbə dronu sayəsində tanınır.

***

14:13

Bakıda keçirilən “Texnofest” çərçivəsində “Baykar” şirkətinin rəhbərliyi ilə görüş nəzərdə tutulub.

Bunu "APA-Economics"ə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

O, əməkdaşlığın davam etdirilməsi ilə bağlı bəzi məsələləri müzakirə edə biləcəyinə ümid edib.

"Texnofest"in bizim üçün öz xüsusi önəmi var. Avadanlıqları Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə kömək edəcək şirkətin rəhbərliyi ilə qeyri-rəsmi söhbət etmək istərdim", - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR