Ukrayna səfiri: İranda Azərbaycan səfirliyinə hücum qəbuledilməz və həyasızcasına bir haldır

Ukrayna səfiri Vladislav Kanevski

© APA | Ukrayna səfiri Vladislav Kanevski

# 27 yanvar 2023 13:54 (UTC +04:00)

“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır”.

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" hesabında bildirib.

"Təəssüf ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır: bu gün Tehranda oxşar hadisə baş verib. Bu, dərin narahatlıq doğuran qəbuledilməz və həyasızcasına bir haldır. Azərbaycan səfirliyinə hücum faktı lazımınca araşdırılmalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir. Cəzasızlıq yeni cinayətlərə yol açır", - ukraynalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR