Ukrayna səfiri: “Şərq və cənub-şərq istiqamətlərində ağır döyüşlər gedir”

Vladislav Kanevski

© APA | Vladislav Kanevski

# 21 aprel 2022 14:22 (UTC +04:00)

“Artıq 2 aya yaxındır ki, Ukrayna, Ukrayna Ordusu və Ukrayna xalqı Rusiya aqressiyasına qarşı mübarizə aparır”.

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Qadınların, uşaqların və qocaların amansızlığa uğradığını, bu gün yaşayış yerlərinin, dinc sakinlərin, uşaq bağçalarının, məktəblərin hələ də atəşə tutulduğunu görürük.

Amma artıq ilk qələbələrimiz də var. Bu qələbələr çox vacibdir, çünki düşmən Ukrayna ərazilərinin çox hissəsindən çıxarılıb. Bu gün üçün şərq və cənub-şərq istiqamətində ağır döyüşlər davam edir.

Biz bilirik ki, həqiqət bizim tərəfdədir. Addımlarımızda ardıcıl və səbirliyik və qələbəmizə inanırıq”, - diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR