Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb - FOTO

Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb - FOTO
# 08 iyul 2022 15:15 (UTC +04:00)

Ukraynanın Sumı vilayətinin Novaya Sloboda kəndində 1942-ci ildə nasistlər tərəfindən qətlə yetirilmiş uşaq, qadın və qocalar da daxil olmaqla, 600-ə yaxın şəxsin xatirəsi yad edilib.

Bu barədə APA-ya Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan bildirilib.

Bildirilib ki, 2020-ci ildə Azərbaycanın Fəxri konsulluğu tərəfindən “Kədər zəngi” abidəsinə Xocalı soyqırımı ilə bağlı da informasiya lövhəsinin qurulması təklifi irəli sürülüb.

Belə ki, “Kədər zəngi” memorialına Kryukova, Liditse, Xatın, Pirçupis qətliamlarına həsr olunmuş informasiya lövhəsi əlavə edilib.

Artıq memorial kompleksdə Xocalı soyqırımı ilə bağlı informasiya stendi quraşdırılıb.

Qeyd olunub ki, memorial kompleks Azərbaycanın Fəxri konsulluğunun himayəsinə götürülüb, onun saxlanılması və abadlaşdırılması üçün işlərə dəstək göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR