Ursula von der Leyen Azərbaycana səfərə gəlib

Ursula von der Leyen Azərbaycana səfərə gəlib
# 18 iyul 2022 14:42 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iyulun 18-də Azərbaycana səfərə gəlib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni hava limanında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR