Ursula von der Leyen Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırıb

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 01 oktyabr 2022 13:29 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Sofiyada Bolqarıstan Yuanıstan İnterkonnektoru (ICGB) layihəsinin açılışında çıxışı zamanı deyib.

Ursula von der Leyen bildirib ki, Bolqarıstan və Yunanıstan arasındakı İnterkonnektor (İCGB) layihəsi 10 ildən artıqdır ki, masa üzərində olub: “Bu layihə ilə bağlı məsələlər və müzakirələr 2009-cu ildən başlayıb. Həmin vaxt Bolqarıstan "Qazprom"un qərarından ciddi zərər görmüşdü, çünki "Qazprom" Ukrayna ərazisi vasıətsilə qaz ixracından imtina etmişdi. Bu layihənin reallaşması zaman aldı, ancaq biz qətiyyətli olduq. Bu layihə səbir tələb edirdi. Bu gün bu layihənin işə başlaması münasibətilə Bolqarıstan və Yunanıstan hökumətlərini təbrik edirəm. Aİ bu layihəni ilk günüdən dəstəkləyib. Biz həm siyasi, həm də maliyyə dəstəyi vermişik. Mən deyərdim ki, bu gün həm Bolqarıstan, həm də cənub-şərqi Avropa üçün yeni era başlayır".

Avropa Komissiyasının Prezidenti xatırladıb ki, Bolqarıstan Rusiyanın Ukraynaya qarşı müharibə elan etdiyi zamanadək 80 faiz qazını Rusiyadan idxal edirdi: "Bu, Rusiyanın Ukraynaya hərbi müharibəsi və Avropaya qarşı enerji müharibəsində başlamazdan öncə idi. Bu gün bu layihə ciddi şəkildə vəziyyəti dəyişir həm Bolqarıstan, həm də Avropanın enerji təhlükəsizliyi məsələsində. Bu, Rusiya qazından asılılığın aradan qaldırılması, müstəqillik deməkdir".

Von der Leyen vurğulayıb ki, bu interkonnektor bütün Bolqarıstan təmin edəcək qaz ixrac etmək potensialına malikdir: "Çox çətin zamanda bu, möhtəşəm bir xəbərdir. Həm Bolqarıstanda, həm də Avropanın digər regionlarında insanlar Rusiyanın müharibəsinin nəticələrini hiss edir, lakin bu cür layihələrə görə Avropanın qış üçün qaz tədarükü olacaq. Avropa bu istiqamətdə çox çalışıb, vacib addımlar atıb xüsusilə də son aylarda: Rusiya qazının alternativ qaz mənbələrinin yəni daha etibarlı mənbələrlə, tərəfdaşlarla əvəz olunması. Azərbaycan Prezidenti İlham Əliyev burdadır, mən bu məqsədlə iyul ayında sizi ziyarət etdim".

O vurğulayıb ki, Avropanın qış üçün kifayət qədər qazı olacaq: "Azərbaycan, Norveç, ABŞ, Əlcəzair kimi etibarlı təchizatçılarımız və dostlarımız var. Onlar bu kritik anda bizə kömək edirlər".
Avropa Komissiyasının Prezidenti von der Leyen Aİ-nin enerji təhlükəsizliyi ilə bağlı addımları barədə məlumat verib: "Biz qaz ehtiyatlarının, anbarlarımızın qorunması və səmərəli istifadəsi barədə ortaq qərar aldıq. Uzun müddətli həll yolu isə bərpaolunan enerji ilə bağlıdır".

Aİ rəsmisi deyib ki, ölkələr bu sahəyə investisya qoymalıdır: "Bərpa olunan enerji müxtəlif aspektlərdən daha səmərlidir və ölkəni müstəqil edir. Enerji böhranı ciddidir, amma inanıram ki, biz bunun öhdəsindən gələcəyik. Gəlin birlikdə güclü və möhkəm enerji birliyi formalaşdıraq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR