Vayra Vike-Freyberqa: “Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi proqressə yol açıb”

Vayra Vike-Freyberqa

© APA | Vayra Vike-Freyberqa

Foto al #
# 16 iyun 2022 15:22 (UTC +04:00)

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev bizi son vəziyyət, Ermənistanla uzun müddət davam etmiş münaqişə barədə məlumatlandırdı.

APA xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib.

O, Azərbaycan və Ermənistan arasında münaqişənin 30 ilə qədər davam etdiyini xatırladıb və əlavə edib ki, artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

O, Aİ-nin Ermənistan və Azərbaycan arasında fəal vasitəçiliyinin regionda sülhlə nəticələnəcəyinə inamını ifadə edib:

“Bir zamanlar Avropada da münaqişə olub. 1800-cü illərdə, 1940-cı illərdə Almaniyanın Avropada müharibələrini xatırlayırsınız, ancaq bu gün Avropada sülh mövcuddur, bir zamanlar münaqişə ölkələri olmuş tərəflər əməkdaşlıq edir. Bu onu göstərir ki, bir zaman münaqişə tərəfi olan ölkələr razılaşma əldə edə bilirlər. Avropa İttifaqının və şəxsən Prezident Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri arasındakı vasitəçiliyi proqressə yol açıb. Azərbaycan Prezidenti normallaşma üçün öz istək və iradəsini ifadə edib”.

Sabiq Prezidentin sözlərinə görə, Azərbaycan regionda haba çevrilib: “Yalnız ona görə yox ki, onun enerji resursları var. Azərbaycan eyni zamanda, alternativ enerji mənbələri istiqamətində fəal şəkildə işlər görür. Avropa ölkələri bu illər ərzində yalnız bir ölkədən, Rusiya qazından asılı olub. Və aydın oldu ki, Rusiya heç də etibarlı tərəfdaş deyil. Azərbaycan “yaşıl enerji”yə, gələcəyin enerjisinə böyük investisiya qoyur. Bu mənada Azərbaycan yalnız regionda deyil, qlobal səviyyədə haba çevrilməkdədir.

O, üç gün davam edəcək IX Qlobal Bakı Forumunda pandemiya, Qərbi Balkanlardakı vəziyyət, Ukraynadakı müharibə, ərzaq təhlükəsizliyi və digər məsələlərin müzakirə olunacağını vurğulayıb:

“Biz sülh şəraitində, qanunun aliliyinin mövcud olduğu beynəlxalq sistemdə yaşamaq üçün mübarizəmizə davam etməliyik. Qonşu ölkələr sülhə nail ola bilər, onlar bir-birinə qarşı anlayış göstərə bilər və bu da rifaha, sabitliyə gətirib çıxaracaq. Yəni bir-birini öldürmək əvəzinə, insanlar birgə işləyə bilər, qlobal təhdidlərə qarşı cavab tapa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR