Venesuela Qoşulmama Hərəkatının üzvləri ilə əməkdaşlığı dərinləşdirmək istəyir

Venesuela Qoşulmama Hərəkatının üzvləri ilə əməkdaşlığı dərinləşdirmək istəyir
# 01 iyul 2022 12:44 (UTC +04:00)

Parlamentlərarası münasibətlərin güclənməsində Bakı Konfransını təqdirəlayiq hesab edirik.

APA xəbər verir ki, bunu Venesuela Milli Assambleyasının vitse-prezidenti Vanesa Yunes Montero Lopez Qoşulmama Hərəkatının Bakı konfransında deyib.

O bildirib ki, Venesuela Qoşulmama Hərəkatının bütün üzvləri ilə əməkdaşlığı və əlaqələri dərinləşdirmək istəyir: “Venesuela çoxqütblü dünyanı dəstəkləyir. Biz daha humanist dünya, gər kəsin rifahının təmin olunduğu bir dünya üçün birgə çalışmalıyıq. Biz ABŞ tərəfindən birtərəfli sanksiyalara qarşı çıxış edirik. Bu sanksiyalar xalqımızın bütövlüyünü sarsıtmayıb. Ölkəmizdə iqtisadi bərpa proqramı qəbul olunub, hökumət xalqımızın rifahı üçün çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR