X Qlobal Bakı Forumu başa çatıb

X Qlobal Bakı Forumu başa çatıb
# 11 mart 2023 16:30 (UTC +04:00)

X Qlobal Bakı Forumu başa çatıb.

APA xəbər verir ki, Forum çərçivəsində gənc liderlərin iştirakı ilə sonuncu panel müzakirəsi keçirilib.

Panelin moderatoru Ukraynanın 2005-2010-cu ildə birinci xanımı olmuş Katerina Yuşenko çıxış edərək bildirib ki, əhəmiyyətli məsələləri müzakirə etmək üçün dialoqun təmin edilməsi indiki liderlər üçün çox vacibdir, lakin gələcək liderlər üçün bu, daha vacibdir.

Onun sözlərinə görə, indiki və keçmiş diplomatik nümayəndələr, əlbəttə ki, buradakı müzakirələri xatırlayacaqlar, lakin gənclər Bakıda, bu Forumda öyrəndiklərini tətbiq edəcəklər.

O deyib ki, gənc liderlər keçmiş liderlərin səhvlərindən dərs çıxararaq müvafiq addımlar atırlar.

Panel müzakirəsində Latviyadan, Ukraynadan, Azərbaycandan olan gənclər təhlükəsizlik problemlərini, Rusiyanın Ukraynada apardığı müharibə və onun nəticələrini, silahsızlaşam siyasətini, qaçqınlar problemini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR