X Qlobal Bakı Forumu çərçivəsində Aİ və Qərbi Balkanlar regionu barədə panel müzakirəsi keçirilib - FOTO

X Qlobal Bakı Forumu çərçivəsində Aİ və Qərbi Balkanlar regionu barədə panel müzakirəsi keçirilib - FOTO
# 11 mart 2023 10:21 (UTC +04:00)

Balkan ölkələrinin Aİ-yə daxil olması hər hansı problem və hətta toqquşma baş verməmiş bütün region ölkələrinin müzakirəsi üçün ümumi platforma yaradacaq.

APA-nım xəbərinə görə, bunu X Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Aİ kontekstində Qərbi Balkan regionu" adlı panel müzakirəsində Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç çıxışı zamanı deyib.

O vurğulayıb ki, regionun bir çox ölkəsi öz gələcəyini Aİ-nin bir hissəsi kimi görür.

"Mən həmişə qonşu ölkələrin Aİ və NATO-ya daxil olmasını dəstəkləmişəm", - deyə o, bütün regionun böyük potensiala malik olduğunu qeyd edib.

Onun sözlərinə görə, Aİ qlobal güc olmaq istəyirsə, o, Qərbi Balkanları da əhatə etməlidir.

"Zaman dəyişib, bu gün biz Ukraynada Aİ-nin bütün təhlükəsizliyini pozan müharibənin şahidi oluruq".

Çexiyanın keçmiş Baş naziri Jan Fişer paneldə çıxışında bildirib ki, onun arzusu Qərbi Balkanların Aİ-yə tam inteqrasiya etməsini görməkdir.

"Aİ-nin böyük nailiyyətləri var, vahid market, qanunvericilik və digər sahələrdə irəliləyişlər, ancaq eyni zamanda Aİ qlobal təhdidləri, təhdidlərlə bağlı hesabatları, Rusiyanın aqressiv və güclü olmalqa bağlı iştahanı gözardı etdi. 2014-cü ildə Krımla bağlı baş verənlərdən sonra Aİ hələ də Rusiya qazından və neftindən asılılığını davam etdirdi, "Şimal Axını 2"ni çəkdi, müdafiə xərclərinə diqqət verilmədi".

O əlavə edib ki, "Brexit"dən sonra Aİ regionunda populizmin artması müşahidə olunur, bu bəzən ekstremizm formasını alır.

"Biz bəzi ölkələrdə seçkilərin nəticəsindən narahatlıq duyuruq ki, əgər orada hakimiyyətə başqaları gəlsə onların Rusiya ilə münasibətləri necə olacaq və s.".

O vurğulayıb ki, Aİ institutlara, texniki məsələlərə fokuslanmaq əvəzinə daha çox ortaq dəyərlərə fokuslanmalıdır: "Elə bu dəyərlər əsasında Aİ qurulub və biz bunu unutmamalıyıq".

O, Qərbi Balkanlar və Aİ arasında münasibətləri barədə deyib ki, iki tərəf arasında ticarət əlaqələri çox yaxındır, Qərbi Balkanların ən böyük ticarət tərəfdaşı Aİ-dir.

"Biz Qərbi Balkanlarla bağlı inteqrasiya və genişlənmə prosesini sürətləndirməliyik.

Bu region Aİ-yə qoşulmağı haqq edir və Aİ-nin də Balkanlara ehtiyacı var", Jan Fişer vurğulayıb.

Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov paneldə çıxışında bildirib ki, Qərbi Balkanların Aİ-yə inteqrasiyası məsələsi artıq uzun müddətdir gündəlikdədir.

O deyib ki, Aİ və Ukrayna arasında üzvlüklə bağlı prosesə də toxunub. Stoyanov deyib ki, Avropa Komissiyası Ukraynanın üzvlük prosesini təqdir edir, ciddi irəliləyişin olduğunu vurğulayır ancaq Avropa Komissiyasının prezidenti üzvlük kriteriyalarını unudur.

"Aİ tarixində Ukrayna ilk hal olacaq ki, müharibədə olan bir ölkənin üzvlüyü müzakirə olunacaq".

"Ancaq Qərbi Balkanlarda həm siyasətçilər, həm də cəmiyyətlər buna hazır olduqlarını bildirsələrdə irəliləyiş yoxdur".

Stoyanov əlavə edib ki, Qərbi Balkanlarda regional əlaqələrin dərinləşməsi, inteqrasiyası bu ölkələrin Aİ-yə inteqrasiyasına təkan verə bilər.

"Ancaq biz etiraf etməliyik ki, Aİ-nin inteqrasiya səyləri son 10 illikdə heç bir nəticə verməyib.

Ukrayna müharibəsi göstərdi ki, Avropa necə həsaasdır, və eyni zamanda göstərdi ki, genişlənmə prosesi üçün texniki kriteriyalar bəzən gözardı edilə bilir".

Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku panel müzakirəsində çıxışında deyib ki, Qərbi Balkanların Aİ-yə inteqrasiyaı baş tutmayınca Avropa təhlükəsiz olmayacaq. "İnteqrasiya prosesi üçün həmrəylik göstərilməsi vacibdir".

Miliça Peyanoviç Durisiç çıxışında onun ölkəsində - Monteneqroda Aİ-yə inteqrasiya buna münasibətlə bağlı danışıb.

"Bu region Aİ-yə qoşularsa ona töhfə verəcək, yeniliklər gətirəcək, Aİ regiona problem kimi baxmamalıdır", o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR