Xarici səyyahların işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb - FOTO - VİDEO

Xarici səyyahların işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb - FOTO  - VİDEO
# 16 iyun 2022 10:30 (UTC +04:00)

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərinə start verilib.

APA-nın əməkdaşı xəbər verir ki, səfərdə 10 ölkədən - Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir. Bu gün Xocavənd rayonunda Daş dövrünün adamlarının yaşadığı "Azıx mağarası"na baxdıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.

Günün ikinci yarısı isə səfər ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqlarına və Azərbaycan dövlətinin apardığı yenidənqurma işləri ilə tanışlıqla başa çatacaq.

Sabah isə səyyah qrupunun Kəlbəcər və Laçın rayonlarına səfəri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR