Xələf Xələfov: "Terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır"

Xələf Xələfov

© APA | Xələf Xələfov

# 29 yanvar 2023 21:50 (UTC +04:00)

“27 yanvar təqribən 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, terror aktı törədilib”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, bu hadisənin baş verməsi gözlənilməz olub: “Ona görə ki, belə hadisələrin baş verməsi mümkün deyil, ümumiyyətlə qəbuledilməzdir. Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”.

Firuzə Vahid

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR