Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsi keçiriləcək  

Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsi keçiriləcək  
# 22 iyun 2022 11:56 (UTC +04:00)

İyunun 28-də Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi iyunun 28-də Aşqabadda keçiriləcək.

Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun müşavirədə iştirak edəcəyini söyləyib: “Müşavirə iyunun 29-da Aşqabadda keçirilməsi planlaşdırılan Altıncı Xəzər sammitinin (Xəzəryanı ölkələrin dövlət başçılarının - red.) hazırlığına həsr olunub. XİN başçılarının bundan əvvəl analoji görüşü 2018-ci il avqustun 11-də Aktauda, Beşinci Xəzər sammiti öncəsi keçirilmişdi. Həmin sammitdə Xəzərin hüquqi statusu ilə bağlı Konvesniya imzalanmışdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR