XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”

XİN: “Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir”
# 21 avqust 2019 12:58 (UTC +04:00)

“Azərbaycan terrorizmə qarşı yönəlmiş beynəlxalq səyləri tam dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi “Twitter” səhifəsində qeyd edib.

“Bu gün terror qurbanlarının Beynəlxalq Anım Günüdür. Azərbaycan terrorizmlə mübarizəyə yönəlmiş bütün səyləri tam dəstəkləyir, buna töhfə verir və motivlərdən asılı olmayaraq terrorizmin bütün forma və təzahürlərini pisləyir. Biz bütün terror qurbanlarını anırıq”, - Azərbaycan XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR