XİN: Azərbaycan işğala son qoyub, indi yeni imkanları araşdırma fürsətimiz var

XİN: Azərbaycan işğala son qoyub, indi yeni imkanları araşdırma fürsətimiz var
# 16 mart 2023 13:21 (UTC +04:00)

Azərbaycan müstəqillik qazandığı ilk illərdə çətinliklərlə və ən əsası işğal faktı ilə üzləşib.

APA xəbər verir ki, bunu BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində keçirilən dəyirmi masada xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

“Bu işğal Azərbaycanın və regionun potensialından tam istifadəyə imkan verməyib. Ancaq 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində bu işğal faktına son qoyulub və Azərbaycan əraziləri azad edilib, indi yeni imkanları araşdırma və tam istifadə etmək fürsətimiz var", - nazir müavini bildirib.

Elnur Məmmədov qeyd edib ki, üç il bundan əvvəl bütün dünya ciddi bir təhlükə ilə - COVID-19 pandemiyası ilə üz-üzə idi və Azərbaycan da pandemiya ilə mübarizədə qlobal səylərə töhfə verib: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasında xüsusi sessiya keçirilib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə Pandemiya ilə mübarizə üzrə Təmas Qrupu yardılıb”.

Elnur Məmmədov vurğulayıb ki pandemiyanın ilk vaxtlarında peyvənd millətçiliyi ciddi bir problemə çevrilib ki, Azərbaycan da bununla bağlı mübarizədə fəal olub qlobal çağırışlar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR