XİN: Azərbaycanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur

Leyla Abdullayeva

© APA | Leyla Abdullayeva

# 03 oktyabr 2022 17:37 (UTC +04:00)

Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in “Ukraynada cərəyan edən son hadisələr və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı nə deyə bilərsiniz?” sualına cavabında bildirib.

“Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”, - Leyla Abdullayeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR