XİN başçısı: “Azərbaycan Aİ və Mərkəzi Asiya arasında nəqliyyat üzrə körpü rolunu oynaya bilər”

XİN başçısı: “Azərbaycan Aİ və Mərkəzi Asiya arasında nəqliyyat üzrə körpü rolunu oynaya bilər”
# 04 fevral 2022 18:28 (UTC +04:00)

“Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15,2 milyard dollar olub”.

APA-nın xəbərinə görə, bunu bu gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, bu artım əsasən qazın qiymətinin qalxması ilə bağlı olub: “Azərbaycan neft-qaz ixracatçısı olmasına baxmayaraq, alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan bu sahədə üzərinə öhdəliklər götürüb. Bu istiqamətdə böyük potensial mövcuddur və bu gün müzakirə edilib”.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan Aİ və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində bir körpü rolunu oynaya bilər: “Müzakirə mövzuları arasında rəqəmsal koridorlar da yer alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR